“Yurdu yandırılmış Babək…”
7-06-2018, 14:58
441

“Yurdu yandırılmış Babək…”

7-06-2018, 14:58

Səadət Cahangir

Bu yazı məşhur 2 aprel məhbuslarının məhkəməsi zamanı yazılıb. İndi üstündən 7 il keçəndən sonra Qarabağ qazisi Babək Həsənovu yenidən həbsəatdılar. Yazını oxudum, aktuallığını heç itirmədiyini gördüm və yenidən paylaşmağı qərara aldım…

Kiminsə şübhəsi olmasın ki, 2 aprel məhbuslarının məhkəməsi Azərbaycanın azadlıq mübarizəsi tarixinə önəmli bir səhifə olaraq düşəcək. O məhkəmədə iştirak edib baş verənləri izləyənlər bəlkə də necə mühüm bir tarixi məqamın şahidi olduqlarının fərqində deyillər. Amma hər şey və hər kəs zamanın yaddaşına yazılmaqda davam edir…Bu prosesi müşahidəçi kimi izləyən istənilən şəxsi ilk növbədə Azərbaycan məhkəmələrinin yüz illər bundan əvvəl tətbiq olunan mühakimə metodları ilə işləməsi heyrətləndirə bilər. Bu torpaqlarda, elə dünyanın özündə də günahsız, məsum insanların gülünc ittihamlarla mühakimə olunduğuna dair sonsuz faktlar var. 2 aprel məhbusları da o sıradan olan insanların siyahısına daxildir və ən acınacaqlı məsələ 21-ci əsrdə onlara feodal dövrünə xas ənənələrlə məhkəməqurulmasıdır… Bu prosesdə ifadə verəəqidə dostlarımızın hər biri sanki fəlsəfəelminə yiyələnmiş şəxslərdir. Onların mükəmməl çıxışları, duzlu atmacaları, ironik deyimləri illər keçsə də yadımdan çıxmaz. Amma bu prosesdə çox güman ki, Qarabağ qazisi Babək Həsənovun çıxışı hər kəsi daha çox təsirləndirib… Bu zala bütün məhkumlar qolu qandallı gətirilir. Kimsəyə güzəşt yox. Güzəşt olsaydı, avtobusa yumruq vurmaq ittihamıyla burada nə işləri vardı ki… Mən qolları qandallı Qarabağ döyüşçüsünün – Babəkin çıxışını dinlədiyim an sanki böyük şairimiz Əli Kərimin “Babəkin qolları” şeiri səslənirdi qulaqlarımda…

– Qolu sındırılmış Babək,

yurdu yandırılmış Babək,

Qan rəngli bir arabada,

Şərq adlı bir xarabada

kənd-kənd gəzdirilən Babək…

Babək Həsənov sevgili peyğəmbərimizin “Vətəni sevmək imandandır” deyimini əməlində yerinə yetirmiş insandır. Qarabağ torpaqları uğrunda könüllü vuruşmuş, yaralanmış bir insanı etiraz aksiyasındakı bir dəqiqəlik iştirakına görə mühakiməetməən böyük imansızlıq və haqsızlıq nümunəsi sayıla bilər. Təbii, gözəl nümunəyaratmaq gözəl sifətli insanlara məxsusdur, hər kəs gözəl nümunə yarada bilməz ki… Kim nə deyir desin, Qarabağın bağlı yollarına gedən qapının açarı da o bağlı qollardadır. Neçə ki, bu vətən torpaqlarının düşmənlərinə silah çevirəəllər qandalda olacaq, Qarabağdan söhbət gedə bilməz. Neçə ki, yandırılmış, xarabaya çevirilmiş yurd yerlərimizi xilas etmək üçün çırpınan fədailər dəmir barmaqlıqlar arxasında qalacaq, onlara münasibət “vətən xainləri”nə olan münasibəti xatırladacaq, Qarabağın azadlığından söz açmağa dəyməz. “Heyf ki, aksiyada iştirakım cəmi 1 dəqiqədən çox çəkmədi. Yoxsa səsləndirəcəyim yüz minlərlə şüar var idi… Mən Qarabağda döyüşmüşəm, yaralanmışam, amma 5 nəfərlik ailəmlə Qarabağ döyüşləri zamanı fərarilik etmiş adamların evində kirayədə yaşayıram. Nərimanov Rayon Icra Hakimiyyəti mənə haqqım olan evi rüşvətlə satmaq istəyib. Buna etiraz etmişəm… Anarxiyaya ”yox” demək, Qarabağa azadlıq, işsizliyə son verilməsini tələb etmək üçün mitinqə çıxmışam və düz etmişəm…”. Babəklərin qiymətini zaman verir. Məncə, o zamana da çox qalmayıb. Həqiqətən, bir Qarabağ qazisinin fərarilərin evində kirayədəqalması, həyatının ən gözəl illərini Azərbaycanın müstəqilliyi naminə həsr etmiş insanların bu ölkəylə bağlarını çoxdan kəsmiş, əsgərlik görməmiş, hətta bir çox halda o müstəqilliyin əleyhinə səs vermiş kəslərin hökmranlığı altında məhrumiyyət yaşamasından nəylə fərqlənir ki…

Image may contain: 1 person, outdoor and natureImage may contain: 1 person, sitting and outdoor

Babək Həsənov Qarabağ savaşında

dle

FACEBOOK ŞƏRH YAZ