Xocavənd Mərkəzi Xəstəxanasının Baş Həkimi Nurangiz Bəşirova rəhbərlik etdiyi müəssisədə iclas edərək Kəlbəcərin alınması münasibəti ilə iclas iştirakçılarını səmimi qəlbdən təbrik edərək döyüşdə şəhid olmuş əsgərlərimizin ruhuna dua etdi.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaq görən siyasəti, rəşadətli ordumuzun cəsarəli şücayəti və kamandirlərimizin strateji yanaşması nəticəsində Qarabağ döyüşlərində qələbə çalmışıq. Bu gün isə Azərbaycanın ən gözəl guşəsi olan Kəlbəcər rayonunu erməni separatçılarından azad etmişik. Həkimlərimizində başda Səhiyyə Naziri Oqtay Şirəliyev olmaqla yaralılara xidməti xüsusi vurğulanmalıdır.
Həkimlərimizdə əməliyyat masasında həyatı saxlamaq uğrunda şücayətlə döyüşdülər. Nəticədə isə itkilərimiz mində bir faiz azdır. Mən bir azərbaycan anası kimi, Azərbaycan Prezidenti İlham Əliyev cənablarını, Səhiyyə Naziri Oktay Şirəliyevi və kollektivimizin adından bütün xalqımızı təbrik edərək, əsgərbalalarımızın sax – salamat evlərinə qayitmalarını arzu edirəm. Allah xalqımızı həmişə qələbə sahibi və salamat eləsin.
Sözləri ilə iclası başa bağlı elan etdi.
Bizdə redaksiyamızın adından Xocavənd Mərkəzi Xəstəxanasının Baş Həkimi Nurangiz Bəşirovanı səmimi qəlbdən təbrik edərək, işlərində müvəffəqiyyətlər arzu edirik.