Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin və çeşməkeşli olsada, mənalı və şərəfli olur. El içində belə şəxslərin alnı açıq, başı uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmət etmək şərəfinə nail olmaqda görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, psixaloji və genetik yaddaşıdır. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Məmmədov Pərvin Pərviz oğludur.
Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Məmmədov Pərvin Pərviz oğlu, şəhid ailələrinin, qazilərin və Qarabağ müharibə iştirakçılarına imkan daxilində bacardığı yardımı əsirgəmir. Onların heç bir müraciətini geri çevirməyən Məmmədov Pərvin Pərviz oğlu qanun çərçivəsində köməklik göstərməyə çalışır.
Dövlətə, xalqa və ölkə rəhbərliyini sədaqətlə bağlı olan Məmmədov Pərvin Pərviz oğlu vətənpərvər, mehriban, gülərüz insan kimi, Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru kimi, Saatlı rayon sakinlərinin sağlamlığının keşiyində durub. Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Məmmədov Pərvin Pərviz oğlu, sadə və mehriban münasibəti ilə, qısa müddət ərzində, rayon sakinlərinin hörmətini qazanıb. Vətəninə və xalqına xidmət etdən Məmmədov Pərvin Pərviz oğlu, xəstəxanaya müraciyyət edən xəstələrlə yanaşı, Azərbaycanın istənilən guşəsindən şəxsən Məmmədov Pərvin Pərviz oğluna edilən müraciətə əsasən, əlindən gələni əsirgəmir.
Birzə redaksiyamızın adından Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Məmmədov Pərvin Pərviz oğlunun işlərində yeni nailiyyətlər və uğurlar arzu edirik.