Əziz oxucular!
Azərbaycanlılar hər sahədə olduğu kimi, səhhiyyə sahəsində də, dünyada tayı bərabəri olmayan səviyyədə öz sözünü deyən həm yerlilərimiz var. Xüsusi ilədə böyrək sahəsində uroloq - alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı, Azərbaycanda uroloji məktəbin Cavadzadə Mirməmməd Cavad oğludur. Mirməmməd Cavadzadə 1927 - ci il mayın 18 - də Lənkəran şəhərində anadan olmuşdur.
Mirməmməd Cavadzadə əmək fəaliyyətinə 1948 - ci ildə Astara rayonunda cərrah kimi başlamışdır. Mirməmməd Cavadzadə, 1949 - 1950 - ci illərdə Astara birləşmiş rayon poliklinikası və xəstəxanasında baş həkimin müavini, 1950 - 1951 - ci illərdə Lənkəran şəhər xəstəxanasında cərrah olmuşdur. 1954 - cü ildə Moskvada aspiranturanı bitirdikdən sonra 1957-ci ilədək Krım Tibb İnstitutunda assistent və dosent vəzifələrini tutmuş, 1957 - 1963 - cü illərdə isə İkinci Moskva Dövlət Tibb İnstitutunda işləmişdir. 1963 - cü ildə vətənə qayıdan Mirməmməd Cavadzadə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində çalışmağa başlamışdır. 1974 - cü ildə görkəmli alim həmin institutun rektoru təyin olunmuş və ömrünün sonunadək bu instituta rəhbərlik edərək, qırx beş il ərzində tibb kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini vermişdir. M.Cavadzadə 1954 - cü ildə namizədlik, 1962 - ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, urologiyanın problemlərinə həsr edilmiş 34 monoqrafiya və dərs vəsaitinin, 700 - dən artıq elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Onun rəhbərliyi altında 17 - elmlər doktoru, 73 - elmlər namizədi, yüzlərlə yüksək ixtisaslı uroloq-həkim yetişmişdir. 1966 -cı ildə məhz onun təşəbbüsü və iştirakı ilə Bakıda Respublika Klinik Uroloji Xəstəxana yaradılmışdır. Qısa müddət ərzində urologiya sahəsində elmi və praktik fəaliyyətin mötəbər mərkəzinə çevrilən bu xəstəxana Azərbaycan səhiyyə sistemində xüsusi yer tutur.1964 - cu ildən professor, 1967 - ci ildən Azərbaycan SSSR əməkdar elm xadimidir. AMEA - nın həqiqi üzvüdür.
M. C. Cavadzadənin elmi tədqiqatları xarici ölkələrdə geniş şöhrət tapmış, 20 dəfədən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.
Mirməmməd Cavad oğlu Cavadzadə Mirməmməd Cavadzadə respublikada ictimai xadim kimi də yaxşı tanınırdı. O, 9 - 12 - ci çağırışlar Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin, Azərbaycan Uroloqlar Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi fəaliyyət göstərmişdir.Mirməmməd Cavadzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Mirməmməd Cavadzadə 2008 - ci il avqust ayında vəfat etmişdir. I - Fəxri Xiyabanda dəfn olunmuşdur.
Məşhur aktirsa Nəsrin Cavadzadənin babasıdır
Respublika Kliniki Uroloji Xəstəxanasına Mirməmməd Cavadzadə adı verilmişdir.
Əziz oxucular!
Mirməmməd Cavadzadənin həm yerlisi olan digər təcrübəli Həkim Nefroloq Barat Yusubovu sizə təqdim edirəm.
Həkim Nefroloq Barat Yusubov günqmqzün tələb olunan həkimlərindən biri kimi tanınmış ziyallılarından biridir. Barat Yusubov təcrübəli savadlı həkim olduğu kimi, bir o qədərdə sadə və vətənpərvər insandır. Xalqına, dövlətinə və ölkə rəhbərliyinə sədaqətlə bağlı olan Medikal Plaza Klinikasında çalışan Həkim Nefroloq Barat Yusubov cavan olsada savadı və təcrübəsi ilə məharətlə bacarığını ortaya qoyub xəstələrini profeseonal həkim kimi təqdirə laiq şəkildə müalicə edərək ayağa qaldırama qabiliyyətinə sahib olan barmaqla sayıla bilən həkimlərdən biridir. Həkim Nefroloq kimi əməyi və bacarığı ilə Xalq arasında qısa müddətdə elə bir böyük nüfuza və hörmətə sahib olub ki, istənilən zaman Azərbaycan daxilində və xaricində həsrətlə gözlənilən qonaq kimi qarşılanıb lazım olacaq qədər qala biləcək yurdu var. Həkim Nervoliq kimi xəstələrin çox olması ilə bağlı baş qaşımağa vaxdı olmasada, imkansızehtiyac sahiblərinə, şəhid ailələrinə və qazilərə, Həkim Nervoloq kimi, həm də bir insan kimi imkanı daxilində maddi mənəvi yardımını əsirgəmir.
Birdə redaksiyamızın adından Həkim Nefroloq Barat Yusubovun Xroniki böyrək xəstəliyi nədir? Xroniki böyrək xəstəliyinin diaqnostikası adlı iki videonu birləşdirib diqqətinizə çatdırandan sonra Həkim Nefroloq Barat Yusubovun tərcümə halını diqqətinizə çatdıracağıq.
Sizə Nefroloq Həkim Barat Yusubovun tərcümə halını təqdim edirik.
Yusubov Barat Vəliş oğlu 1978 - ci il yanvar ayının 8 - də Lerik rayonu Pirasora kəndində anadan olub.
1984 - 1995 - ci illər Lerik rayon Pirasora kənd orta məktəbi, 1995 - 2001 - ci illər Azərbaycan Tibb Universiteti bitirib. 2001 - 2002 - ci illər M.Ə.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin “Hemodializ”şöbəsində nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
2002 - 2004 - cü illərdə hərbi xidmətdə olub, bu zaman Tibb Məntəqə Rəisi olaraq işləyib.
- “VI. Çapa Nefrologiya Günləri Konfransı” 26 - 27 aprel 2014 - cü il tarixlərində Türkiyənin Bolu şəhərində keçirilən “31 - ci Milli Nefrologiya, Hipertoniya, Dializ və Transplantasiya Konqresi” 22 - 26 oktyabr 2014 - cü il tarixlərində Antalya, Türkiyə Dünya Böyrək Günü Konfransı keçirilən - 26 - 27 aprel 2014, “Çapa Nevrologiya Günləri”, Bolu, Türkiyə - 22 - 26 oktyabr 2014 - cü il, “Beynəlxalq Nevrologiya, Hipertoniya, Dializ və Transplantasiya Konqresi”, Antalya, Türkiyə 12 - mart 2015 - ci il tarixində Bakıda keçirilən Uremik şiş kalsinozu mövzusunda mühazirdə iştirak edib.
- 23 - 26 aprel 2015 - ci il tarixlərində Türkiyənin Bolu şəhərində “Çapa Nefrologiya Günləri Konqresi” - 25 - 31 may tarixlərində Londonda, Böyük Britaniyada “52 - ci Avropa Böyrək Assosiasiyası - Avropa Dializ və Transplant Assosiasiyası Konqresi” keçirilən - 21 - 25 oktyabr 2015 - ci il tarixlərində Türkiyənin Antalya şəhərində “52 - ci Avropa Böyrək Assosiasiyası - Avropa Dializ və Transplant Dərnəyi Konqresi” keçirilən - 2 - 5 mart 2015 - ci il, “Çapa Nefrologiya və Transplantasiya Günləri Konqresi”, İstanbul, Türkiyə - 12 mart 2015 - ci il, “Beynəlxalq Böyrəklər Günü” Uremik şiş kalsinozu haqqında mühazirə, Bakı, Azərbaycan - 23 - 26 aprel 2015 - ci il, “Çapa Nevrologiya Günləri Konqresi”, Bolu, Türkiyə - 25 - 31 may 2015 - ci il, “52 nd European Renal Association - European Dialysis and Transplant Association Congress”, London, Böyük Britaniya - 21 - 25 oktyabr 2015 - ci il, “52. Avropa Böyrək Assosiasiyası - Avropa Dializ və Transplant Dərnəyi Konqresi”, Antalya, Türkiyə - 8 - 10 oktyabr, 2015 - ci il, “II Türkiyə Azərbaycan Nevrologiya Konqresi” Xroniki böyrək xəstəliklərinin müalicəsi zamanı damarlar mövzusunda məruzə, Bakı, Azərbaycan - 1 - 3 iyun 2016 - cı il, “Türk Dünyası Transplantasiya Dərnəyinin 2 - ci Beynəlxalq Konqresi”, Bakı, Azərbaycan - 3 - 5 iyun, 2016 - cı il, Azərbaycan Uroloqları və Androloqlarının 10 - cu Simpoziumu XBH Xəstələrində Əməliyyatdan Qabaq Hazırlıq, Qəbələ, Azərbaycan - 19 - 23 oktyabr 2016 - cı il, “33. Milli Nefrologiya, Hipertoniya, Dializ və Transplantasiya Konqresi”, Antalya, Türkiyə - 18 - 20 fevral 2017 - ci il, “Oxuma, Yazma və Tədris Konfransı”, İstanbul Tibb Universiteti, İstanbul, Türkiyə - 26 - 27 may, 2017 - ci il, “Azərbaycan Uroloqları və Andorloqlar Simpoziumu”, Sidik yollarının infeksiyasının müalicəsi üzrə mühazirə, Mingəçevir, Azərbaycan tədbirlərində iştirak edib.
Elmi məqalələr:
1. Uremik toksinlər, “Cərrahiyyə jurnalı”, No 2 (34), 2013, səh. 80 - 83.
2. Uremik şiş kalsinozu, “Cərrahiyyə jurnalı”, No 3, 2014, səh.63 - 65.
3. Hemodializ müalicəsi alan şəkərli diabet xəstələrində arterial hipertenziya və onun tənzimlənməsi,
“Azərbaycan təbabətinin nailiyyətləri jurnalı”, 2007, №1, səh.75 - 77.
İcra etdiyi prosedurlar
Ambulator və stasionar müalicə
Hemodiafiltrasiya
Ultrafiltrasiya
Hemodializ üçün mərkəzi damar kateterizasiyası
Əvəzedici böyrək müalicəsinə hazırlıq
Dializ
Plazmafarez
Hemodializ üçün arterio-venoz fistul açılması
Böyrək damarları və həmçinin katetr sonrası damar daralması plastikası
İş təcrübəsi
2002 - 2004 Tibb Məntəqə rəisi
2004 - 2005 həkim-nefroloq, Mərkəzi Neftçilər Xəstəxanasının “Nefrologiya” şöbəsi
2005 - ci ildən həkim-nefroloq ,M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin “Hemodializ” şöbəsi
2009 - 2012 Baş həkim , Avrasiya Klinikası
2012 - 2015 Baş həkim, MediStyle Hospital
2016 - cı ildən həkim-nefroloq , ATU Tədris Cərrahiyyə Klinikası