14 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib
27-06-2018, 14:47
345

14 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib

27-06-2018, 14:47

Bakı Şəhər Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 14 nəfər müracət edib. Bunu təcili yardım stansiyasından bildiriblər.

Onlardan 10-u kişi, o cümlədən 2-i oğlan uşağı, 4 nəfər isə qadındır. 6 nəfər iyunun 26-da stansiyaya müraciət edib.

Müraciət edənlərə yardım göstərilib, sağlıq durumları ağır olmadığı üçün xəstəxanalara yerləşdirilməyiblər.

Xatırladaq ki, iyunun 26-dan Azərbaycanda havanın hərarəti 40-41 dərəcəyə qədər yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazrilyinin açıqlamasına görə, bu anomal istilər iyunun sonuna qədər davam edəcək

dle

FACEBOOK ŞƏRH YAZ