Prezident İlham Əliyev fevralın 8-də YAP-ın VI qurultayındakı çıxışında belə deyib: "Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir. Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir.