Estoniyanın xarici işlər naziri Sven Mikser "Şimal axını-2" qaz kəmərinin tikintisini dayandırmağı tələb edib.Bu barədə "Deutsche Welle" məlumat verib.
"Bu, Rusiyanın Avropa siyasətinə daxil olması üçün rıçaqdır",-deyə XİN rəhbəri əlavə edib.
Nazirin fikrincə, layihəni dayandırmaq Avropa İttifaqının maraqlarına xidmət edəcək.
Qeyd edək ki, Macarıstanın XİN rəhbəri Peter Siyarto bildirib ki, Avropa Birliyi "Şimal axını-2" qaz kəməri layihəsinə qarşı ikili standartlar tətbiq edir.
Məlumat üçün bildirək ki, Rusiyanın qaz nəhəngi - "Qazprom” 2011-ci ildən Baltik dənizi ilə Almaniyaya çəkiləcək "Şimal axını-2” layihəsini reallaşdırmağa çalışır.