Mirzə “kişi”- nin Qadın alverinə Xətai rayonunda kimlər himayə edir?
17-11-2022, 19:06
115

Mirzə “kişi”- nin Qadın alverinə Xətai rayonunda kimlər himayə edir?

17-11-2022, 19:06

Köhnə Bakını xatırlayanda atalarımız, babalarımız, öz papağına, sözünə hətta davranışına belə öz namusu qədər qiymət verər, ətrafına, xalqına, millətinə, qayğı ilə yanaşıb, ölkəyə gələn əcnəbilərə namus - qeyrətlə öz qonaq pərvərliyini, mehribançılığını, alicənablığını, səxavətlə ortaya qoyub xalqımızın, ölkəmizin adına kiçik belə ləkə gətirən davranışlardan çəkinib, əksinə xalqımızın, ölkəmizin, xoş təəssüratları ilə gələn qonaqları səmimi yola salıblar.

Qeyrətimizə o dərəcədə qiymət veriblərki baş papağına kütləvi ictimai tədbirlərdə belə özü üçün aldığı biletin dəyərini belə ödəyib papağına yanında yer alardılar.

Bu gün isə tale belə gətiribki, hardan peyda olduqları məlum olmayan, özünü Azərbaycanlı kimi təqdim edib milli ənənələrimizə, dəyərlərimizə zid olan hərəkətləri ilə əxlaqsızlığı açığ şəkildə təbliğ edərək xalqımızın, dövlətimizin adına çəkinmədən, utanmadan, həyasızcasına qara ləkə salan şəxslər, paytaxtımızı və regionlarımızı əxlaqsız yuvasına çeviriblər. Redaksiyamızın təsadüfi halda Bakı şəhərinin Xətai rayonu ərazisində əxlaqsızlıqla məşğul olan qrupun siması kimi, intim, iyrənc qadın xidmətlərinə rəhbərlik edən Mirzə adlı şəxs çəkinmədən açıq aşkar şəkildə,  qadın alveri ilə məşğul olur.

Bu alçaq hərəkətlərinə isə müqəddəs şəhidlərimizin adına belə ləkə gətirməydən çəkinmir.

Belə ki, Mirzə “kişi” əxlaqsız qadın alverini “ - Şəhid atasıyam” sözü ilə başlayıb “

– Hansı qızdan xoşun gəlir?

– Hansı seksual fantazyalarını həyata keçirmək istəyirən? ” sualı ilə dialoqu davam etdirəndə redaksiyamızın əməkdaşı Allahın böyük möcüzəsi ilə öz əsəblərini cilovlayıb, qatilə çevrilmədən öz vəzifə borcunu yerinə yetirərək məlumatı olduğu kimi video reportaj formasında redaksiyaya çatdırıb. Videoda ictimaiətə təqdim olunda bilən bir saniyəlik belə abırlı kadr tapa bilmədik. Zorla, bəla ilə, Mirzə “kişi” – nin normal bir kadrını götürüb, fonundakı əxlaqsızlıq səhnələrini çıxardıb, fonu üzrində üzərində işləmək məcburiyyətində qaldıq.

Görəsən aidiyyatı orqanlar hara baxır?

Xətai Rayon məhsul şəxsi olan İcra Hakimiyyəti başçısının bundan niyə xəbəri olmasın? Bəyəm İcra başçısının vəzifəsi qışda xizək sürüb yayda dənizdə çimməkdir?

Aidiyyatı orqanlardan məsələ ilə bağlı tədbir görülməsini tələb edirik.

Araşdırmamız davam edir. 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

dle

FACEBOOK ŞƏRH YAZ