Bakının əksər yerlərində, xüsusən də mərkəzi küçələrdə "masaj salonu" adı altında intim qadın alveri ilə məşğul olan əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Hətta bu barədə ölkə mətbuatında dəfələrlə məlumatlar yer alıb. Amma bu məlumatlar "masaj salonları"nın fəaliyyətə maneə yaranması əvəzinə, günü - gündən inkişaf etməsi danılmaz bir faktdır. Bu obyektlərin günü - gündən çiçəklənərək sayının getdikcə artmasına dəstək verən Hüquq Mühafizə Orqanlarında yüksək vəzifə tutan, şəxsi mənafeini milli dəyərlərdən üstün tutan bəzi insanlardı. Sübut isə Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, Azərbaycanda ictimai əsaişin qorunması üçün demək olar ki, hər bir nöqtəni açıq aydın nəzarətini təmin etmək məqsədi ilə Azərbaycanın paytaxtı olan Bakı şəhərində və regionlarda, 24 - saat çalışan kamera sistemi qurulub. Bəs necə ola bilər ki, Hüquq Mühafizə Orqanları, müassir kamera sistemi ilə çalışan bu dərəcədə gücləndirilmiş
nəzarət olduğu halda, bu əxlaqsızlığın şahidi ola bilmir?
Faciəvi hal isə, bu tip obyektlər Bakı şəhərinin ən mərkəzi küçələrində, həm də, yaşayış binalarının altında yerləşir.
"Masaj salonu" adı altında fəaliyyət göstərən belə əxlaqsızlıq yuvalarındakı real mənzərəni çəkib göstərmək kifayət qədər həyatı təhlükə daşıyan hal olsada, redaksiyamız peşəkar fəaliyyəti ilə, bu vəzifənin də öhtəsindən uğurla gəlib.
Şəhərin mərkəzində fəaliyyət göstərən qapısında “Masaj Salonu” sözündən başqa, məkanın adını göstərən, yazı və ya işarə olmadığı üçün, diqqətinizə çatdıracağımız, iki adsız əxlaqsızlıq yuvalarını müşahidə aparıb şahidi olduq ki, bu dırnaq arası biznes məkanları, günün istənilən saatında açıq - aşkar, qanuna heç bir məhəl qoyulmadan işləyir. Bu "yuvalar" həm də yetərincə səlahiyyət sahibi olan şəxslər tərəfindən himayə edilir.
Əgər belə olmasaydı, günün günorta çağı, kiminsə mənzilinin altında kimlərinsə əxlaqsızlıq etmək istədiyi halda belə, cinayət məcəlləsinin 32 – ci maddəsi ilə, əxlaqsızlıq etmək haqqında fikri var itdihamı ilə həmin şəxsləri dərhal həbs edilərdilər. Müşahidəmiz nəticəsində, əldə etdiyimiz materyallar və faktlar əsasında, məlum oldu ki, Rəşad adlı şəxsin rəhbərliyi altında, işlətdiyi çox saylı obyeklərdə, xarici vətəndaşlara xüsusi diqqət ayrılır. Belə ki, əcnəbi vətəndaşlar, xsusi şəkildə bu obyeklərə gətirilməsini təşkil edilmiş qaydada onlara xüsusi diqqət və şəraət yaradaraq ən gənc və peşəkar qızları onlara 100 - 150 manat civarında dəyişən intim xidmətlər göstərilir.
Nəzərinizə çatdıraq ki, 30 illik Qarabağ həsrətimizə qanı və canı bahasına 44 - gün ərzində bütün dünyaya, öz iradəsini və qeyrətini sübut edən, şəhidlərimizin ruhu, qazilərimizin canı bahasına, əldə etdiyi qələbə ilə bayrağımızı ucaltdığı halda Rəşad kimi əxlaqsızlıqla maddi maraqlarını təmin edən şəxslər isə, ölkəyə gəlib, bu qəhrəman xalqla yaxından tanış olmaq istəyən əcnəbilərin qarşısında, millətimizi əxlaqsız, mənəviyatsız bir qəlilə kimi yaddaşlara həkk olunmağına zəmin yaradaraq məğlubiyyətlə sındırğımız düşmənimiz erməni dığalarının, əllərinə su töküb, ürəklərini sevindirməklə məşğuldu...
Üzümüzü Hüquq Mühafizə Orqanlarına rəhbərlik edən Vilarət Eyvazov cənabına, onun rəhbərlik etdiyi İnsan Alveri İdarəsinin rəhbərliyinə və Azərbaycan Respublika Prokurorluğuna tutub, qeyrətli xalqımızın milli dəyərlərinin qorunması məqsədi ilə bu cür obyektlərə rəhbərlik edən şəxslər haqında qanun çərçivəsində tədbir görməyinizi xahiş və tələb edirik.