Əfqanıstanda sirli şəraitdə Əfqanıstanın birinci vitse-prezidenti və Milli İslam Hərəkatı (MİH) Partiyasının lideri general mayor Abdul-Rəşid Dustumun yaxın tərəfdaşı həlak olub.
MİH-in hərbi qanadının səhra komandiri Nizamuddin Qeysəri bazar ertəsi günü axşam Fəryab əyalətində həbs olunmuşdu. Həbs zamanı hökumət xüsusi təyinatlısı Qeysərinin özəl mühafizəçisi öldürülmüşdü.
İlkin versiyaya görə, Qeysəri «Şahin» ordu korpusunun iştirakı ilə təhlükəsizlik məsələləri üzrə keçirilən görüşə dəvət olunmuşdu, elə bundan sonra da həbs olunmuşdu.
Əbdül Rəşid Dustum dərhal Qeysərinin azad olunmasını tələb edib və bəyan edib ki, Əfqanıstan hökuməti bu həbsin nəticələrinə görə məsuldur. O, həmçinin bu hadisəni cari ilin oktyabr ayında keçiriləcək parlament seçkiləri ilə əlaqələndirib.
Qeyd edək ki, dünən ölü bir kişinin fotoları dərc olunmuşdu və bunun Nizamuddin Qeysəri olduğu bildirilirdi.
Rəşid Dustumun tərəfdarları bununla əlaqədar aksiya keçirib, Fəryab vilayətində dövlət binalarını və hərbi texnikaları alova verib. Buna qarşı Əfqan ordusu generalın tərəfdarlarına atəş açıb. Azı 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.